"Onların cavabı alınlarının ortasından bir güllə olmalıdır"- Tural Abbaslı üsyan püskürdü...

19:14 4 Fevral 2022

 "Azərbaycan 30 ildə mənasız danışıqları davam etdirdi və bu 30 il onu göstərdi ki, ermənilər heç bir halda danışıqdan, sülhdən , humanizmdən anlayan millət deyillər. Hazırda Qarabağın müəyyən hissəsində olan separatçı rejim də eynilə... Biz burada atəşkəsdən, sülh müqaviləsindən danışırıq, adamlar orada təşkilatlanma, yenidən strukturlaşma həyata keçirirlər. Terror qruplarını təkmilləşdirməklə məşğuldurlar.

Təbii ki, bu terrorçularla necə davranacağımızı bilməliyik. Özünə hörmət edən heç bir dövlət terrorçularla danışıqlar aparmır və masa arxasına oturmur".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı dilə gətirib.

O bildirib ki, biz istər dövlət səviyyəsində, istərsə də cəmiyyət səviyyəsində qəbul etmişik ki, hazırda Araik Artunyanın rəhbərlik etdiyi “Artsax” təşkilatı terror təşkilatıdır: "Bu terror təşkilatının fəaliyyəti ilə bağlı yeganə addım o ola bilər ki, bizim xüsusi təyinatlı qüvvələrimiz xüsusi əməliyyatlar keçirməli, Araik başda olmaqla bizim ərazilərimizdə suverenliyimizi tanımayan və qeyri-qanuni silahlı birləşmələr təşkil edən qruplaşmanı məhv etməlidirlər.

Burada başqa müzakirə ola bilməz. Onlar polis paltarı geyinsələr də , terrorçudurlar. Rus ordusunun hiumayəsi ilə orada Azərbaycan torpaqlarına qarşı yenidən işğalçılıq siyasəti yürüdürlər. Onların da cavabı bir cür ola bilər - alınlarının ortasından güllə. Bu hərəkəti edənlərlə danışıq vasitəsi ancaq alınlarının ortasına vurulan güllə olmalıdır".



Xəbər xətti