Gədəbəy sakini qayalıqdan yıxılıb öldü

09:13 3 Sentyabr 2025

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

“Sitat.info” xəbər verir ki, 1970-ci il təvəllüdlü Yaqub Yolçuyev qayalıq ərazidən yıxılaraq ölüb. 

O, yaxınlıqdakı insanların yardımı ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.



Xəbər xətti