İsmayıllıda 61 yaşlı kişi dilindən arı sancması nəticəsində ölüb

10:55 3 Sentyabr 2025

İsmayıllıda 61 yaşlı kişi arı sancması nəticəsində ölüb.

Sitat.info xəbər verir ki, hadisə rayonun Mican kəndində baş verib.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Murad Hümmətovu yaşadığı evin həyətində dil nahiyəsindən arı sancıb. Nəticədə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti