Bakıda mikroavtobus qəzaya uğradı - Yaralılar var

10:26 8 Sentyabr 2025

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox adam xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır. 



Xəbər xətti