Tokayev Qazaxıstanın vasitəçiliyindən imtina etdi

17:27 24 Sentyabr 2025

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, respublika Rusiya ilə Ukrayna arasındakı münaqişədə vasitəçi olmağa can atmır.

 

Sitat.info xəbər verir ki, o, hər iki tərəfin müstəqil şəkildə dialoq aparmaq və müxtəlif səviyyələrdə mübahisəli məsələləri həll etmək iqtidarında olduğunu qeyd edib. 

 

Onun sözlərinə görə, əgər belə bir ehtiyac yaranarsa, Qazaxıstan danışıqlar üçün platforma təqdim etməyə hazırdır.



Xəbər xətti