İmişlidə toyda kütləvi zəhərlənmə - 15 nəfər xəstəxanalıq oldu

17:39 24 Sentyabr 2025

İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, 15 nəfər zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.

Onlara ilkin tibbi yardım göstərilir.

Xəstəxanaya daxil olan şəxslərin eyni toyda iştirak etdiyi bildirilir.

Əlavə məlumat veriləcək.



Xəbər xətti