Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək

19:00 24 Sentyabr 2025

Kanada Ukraynanın kiber təhlükəsizliyinin gücləndirilməsi üçün 92 milyon qrivna ayırıb.

 

Bu barədə "RBC-Ukrayna” ölkənin Rəqəmsal Transformasiya Nazirliyinə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, vəsait kritik infrastrukturların qorunmasına, kiber təhdidlərə qarşı mübarizəyə, avadanlıq alınmasına və hücumların aşkarlanması və qarşısının alınması sistemlərinin yaradılmasına yönəldiləcək.

 



Xəbər xətti