Taylandda yeni hökumət vəzifəyə başladı: Kral və kraliçanın hüzurunda belə and içdilər...

13:18 25 Sentyabr 2025

Taylandda yeni hökumət çərşənbə günü paytaxt Banqkokdakı Dusit sarayında keçirilən mərasimdə and içib.

Sitat.info xəbər verir ki, daxili işlər naziri vəzifəsini də icra edəcək Baş nazir Anutin Çarnvirakul və onu müşayiət edən 36 kabinet üzvü Kral Vajiralonqkorn və Kraliça Suthidanın iştirakı ilə and içib.

Tailand adət-ənənələrinə uyğun keçirilən mərasim zamanı kabinetin bütün üzvləri kral və kraliçanın qarşısında səcdə edib.

Sitat.info 



Xəbər xətti