“Xahiş edirəm, azadlığa buraxın, evlənək...” - 8 il həbs verildi

17:50 25 Sentyabr 2025

Bakıda sevgilisini oğurlamaqda ittiham olunan gəncin məhkəməsi maraqlı məqamlarla yadda qalıb.

Sitat.info-nun məlumatına görə, bu məhkəmə prosesinin əsas iştirakçıları 24 yaşlı Fərrux (bütün adlar şərtidir) və 19 yaşlı sevgilisi Nailədir.

Gənclər uzun müddət bir-birini seviblər. Lakin qızın anası evliliyə razılıq verməyib. Fərrux bir neçə dəfə elçi göndərsə də, hər dəfə rədd cavabı alıb. Oğlan izdivacın valideyn razılığı ilə baş tutmayacağını anlayaraq sevgilisini qaçırmaq qərarına gəlib. Bu işdə ona dostu İlkin kömək edib.

Fərrux sonuncu gün Nailə ilə danışaraq onu görüşə çağırıb. Həmin vaxt dostu İlkin də avtomobillə kənarda hazır gözləyib. Bir neçə dəqiqə sonra Fərrux Nailəni avtomobilə mindirib.



Xəbər xətti