İsrail İran casusunu həbs etdi

12:46 26 Sentyabr 2025

İsrailin təhlükəsizlik xidməti Amerika və İsrail ikili vətəndaşlığı olan İran casusunu həbs edib.

Sitat.info  xəbər verir ki, bu haqda İsrailin Daxili Təhlükəsizlik Agentliyi (Şinbet ) məlumat yayıb.

Məlumata görə, 49 yaşlı Yakov Perl bu ayın əvvəlində İrana casusluq ittihamına görə saxlanılıb.

İsrail rəsmiləri Perlin son illərdə Mərakeşdə yaşadığını və ilk dəfə 2017-ci ildə İranın oradakı səfirliyi ilə telefon vasitəsilə əlaqə saxladığını bildirib. Perl öz missiyaları üçün Tehran tərəfindən rəqəmsal valyuta vasitəsilə vəsait alıb.

Həmçinin qeyd olunub ki, o, 2017-ci ildə İrana sığınmaq üçün müraciət edib, ancaq Tehrandan cavab almayıb.



Xəbər xətti