"Gənclik Mall"da həyəcan siqnalı işə düşüb -

16:54 27 Sentyabr 2025

"Gənclik Mall"-da insanların təxliyə edilməsi ilə bağlı məlumat yayılıb.

 

Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.

 

Teleqraf-ın "Pasha Malls"-a sorğusuna cavab olaraq bildirilib ki, "Gənclik Mall"-da texniki səhv olub.

 

"Bu səbəbdən yalnışlıqla həyəcan siqnalı işə düşüb. Hazırda insanlar təxliyə edilmir. Heç bir problem yoxdur", - əlavə edilib.



Xəbər xətti