Paşinyan da Danimarkaya getdi

20:40 1 Oktyabr 2025

Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya gedib.

Sitat.info “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Paşinyanın adminstrasiyası məlumat yayıb.

Bildirilir ki, Paşinyan oktyabrın 2-də Kopenhagendə keçiriləcək “Avropa Siyasi Birliyi”nin 7-ci sammitində iştirak edəcək.

Səfər çərçivəsində Ermənistan hökumət başçısının beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.



Xəbər xətti