"Yaxın Şərq problemi təxminən 3000 ildən sonra həll olunacaq" - Tramp Qəzza planından danışdı...

11:30 3 Oktyabr 2025

ABŞ prezidenti Donald Tramp İsrailin hücumu altında olan Qəzza zolağında sülhə nail olacağını, daha sonra Rusiya-Ukrayna müharibəsinə son qoyacağını bildirib: 

Sitat.info xəbər verir ki, Tramp “One America News Network”ə müsahibəsində cari hadisələri dəyərləndirib. 

O bildirib ki, Qəzzada ümumi sülhə nail olacaq.

İkinci müddətə vəzifəyə gəldikdən sonra  7 müharibəni bitirdiyini təkrarlayan Tramp bu rəqəmin tezliklə 8-ə yüksələcəyini bildirib.

 "Görünür, Yaxın Şərq problemi təxminən 3000 ildən sonra həll olunacaq. Biz Qəzzadan daha çox şeyə nail olacağıq. Qəzzaya əlavə olaraq, ümumi sülhə nail olacağıq və bu, möhtəşəm bir nailiyyət olacaq".

Tramp bildirib ki, əvvəlcə Ukraynada davam edən müharibəyə son qoymağın asan olacağını düşünüb, lakin indi bu ona çətin gəlir. Bu səbəbdən Qəzzadan sonra Rusiya ilə məşğul olacaq.

Trampın Qəzza planı

Ağ Ev Trampın “Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli plan” adlı 20 bəndlik təklifini açıqlayıb.

Tramp  Netanyahu ilə birgə mətbuat konfransında planın bütün tərəflər tərəfindən qəbul ediləcəyi təqdirdə “müharibə”nin dərhal sona çatacağını, İsrailin Qəzzadan mərhələli şəkildə çəkiləcəyini, Qəzzada HƏMAS-ın rolu olmadan yeni proses başlayacağını və bütün məhbusların azad ediləcəyini bildirib.

Netanyahu da bu plana dəstəyini ifadə edərək,   “müharibədəki məqsədlərinə çatdığını” bildirib.

Aytac,

Sitat.info 



Xəbər xətti