Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırılıb

17:42 3 Oktyabr 2025

Futbol əfsanəsi Zinəddin Zidanın oğlu Luka Zidan ilk dəfə Əlcəzair millisinin heyətinə çağırılıb.
 

Sitat.info xəbər verir ki, 27 yaşlı qapıçı 2014–2018-ci illərdə Fransanın aşağı yaş qruplarında çıxış edib. Bu ilin sentyabrında isə idman vətəndaşlığını dəyişərək atasının vətənini – Əlcəzairi seçib.

 
Qeyd edək ki, L.Zidan Afrika Millətlər Kubokunun seçmə mərhələsində Somali və Uqandaya qarşı oynaya bilər.



Xəbər xətti