Azərbaycanın U-21 millisinin yeni baş məşqçisi açıqlanıb

17:13 4 Oktyabr 2025

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.
 
Sitat.info xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
 
Bildirilib ki, U-21 komandamı əsas millinin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq.



Xəbər xətti