İstanbulda silahlı hücuma məruz qalan vəkil öldü

20:40 6 Oktyabr 2025

İstanbulda vəkil Serdar Öktem silahlı hücuma məruz qalıb.

 
Sitat.info bu barədə NTV telekanalına istinadən xəbər verir.
 
Bildirilir ki, onun avtomobili motosikletlərdəki naməlum şəxslərin avtomatlardan açdıqları atəşlə gülləbaran edilib.
 
Hadisə nəticəsində ağır yaralanan vəkil xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, Öktemin həyatını xilas etmək mümkün olmayıb.



Xəbər xətti