Paşinyan Avropaya inteqrasiya departamenti yaradır

21:19 6 Oktyabr 2025

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Xarici İşlər Nazirliyinin tərkibində Avropa Departamentindən ayrılaraq Avropaya inteqrasiya departamenti yaradılacaq.

Sitat.info  xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytında bildirilib.

Xarici İşlər Nazirliyinin strukturunda daha bir dəyişiklik Siyasi Planlaşdırma Departamentinin Diplomatik Fəaliyyətin Koordinasiyası Departamentinə birləşməsi ilə bağlıdır.



Xəbər xətti