Türkiyədə işçiləri daşıyan avtobus dərəyə yuvarlanıb, 5 nəfər ölüb, 14 nəfər yaralanıb - FOTO

09:45 7 Oktyabr 2025

Türkiyənin Mərsin bölgəsində işçiləri daşıyan servis avtobusu qəzaya düşüb.

Sitat.info xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

 Hadisə yerinə xilasediciləri və təcili tibbi yardım heyəti cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.



Xəbər xətti