Dünyanın ən dərin hovuzu: dibində sualtı şəhər salınıb

15:54 7 Oktyabr 2025

İtaliyanın Terme Millepini otelində yerləşən Y-40 Deep Joy hovuzu 2014-cü ildə açılıb və o vaxtdan bəri dünyanın ən dərin hovuzu adını qoruyur. Su daim 32–34°C istilikdə saxlanılır.

Layihə məşhur memar Emanuele Boetto tərəfindən təkcə əyləncə üçün deyil, həm də ciddi təlimlər və elmi tədqiqatlar üçün hazırlanıb. Burada dayverlər, xilasedicilər, hətta kosmonavtlar da bacarıqlarını sınaqdan keçirirlər.

Sitat.info  xarici mediaya istinadla xəbər verir ki, hovuzun özəlliyi yalnız rekord dərinliyində deyil, həm də su altındakı mürəkkəb memarlıq quruluşunda gizlənir.



Xəbər xətti