Ukrayna millisində Azərbaycanla oyunöncəsi iki itki

16:35 7 Oktyabr 2025

DÇ-2026-nın seçmə mərhələsində millimizin rəqibi olan Ukrayna yığmasının heyətində 2 itki baş verib.

Sitat.info xəbər verir ki, Viktor Sıqankov heyətdən kənarlaşdırılıb.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Buna səbəb “Jirona”nın yarımmüdafiəçisinin zədəli olması göstərilib.

“Trabzonspor”da çıxış edən Aleksandr Zubkov da zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.



Xəbər xətti