Putinlə Paşinyan telefonla danışdı

17:26 7 Oktyabr 2025

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb. Söhbət zamanı Paşinyan Putini ad günü münasibətilə təbrik edib.

Eyni zamanda, Ermənistanın Baş naziri iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişafının vacibliyini qeyd edib.

Xatırladaq ki, bu gün V.Putinin 73 yaşı tamam olur.



Xəbər xətti