Ərdoğan: İsrail-HƏMAS razılaşmasını yaxından izləyəcəyik

11:17 9 Oktyabr 2025

Şarm eş-Şeyxdə aparılan və Türkiyənin də töhfə verdiyi HƏMAS–İsrail danışıqlarının Qəzzədə atəşkəslə nəticələnməsindən böyük məmnunluq duyur.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan sosial media hesabında paylaşım edib.

Erdoğan qeyd edib ki, atəşkəsə təşviq göstərilməsində zəruri siyasi iradəni ortaya qoyan ABŞ Prezidenti Donald Trampın və razılaşmanın əldə olunmasında əhəmiyyətli dəstək verən Qatar və Misirə xüsusi təşəkkür edir.

"Türkiyə olaraq razılaşmanın hərfən tətbiqini yaxından izləyəcək və prosesə dəstək göstərməyə davam edəcək. Türkiyə Fələstində 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin dövlətinin yaradılmasına qədər bu mübarizəni davam etdirəcək",- o vurğulayıb.



Xəbər xətti