AZAL-ın təyyarəsi bu cür vurulub - Putin etiraf etdi

16:10 9 Oktyabr 2025

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti ilə görüşündə AZAL-ın təyyarəsinin qəzaya uğramasını digər məsələlərlə yanaşı, Ukraynaya məxsus pilotsuz təyyarənin səmada olması ilə əlaqələndirib.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya prezidenti dəqiqləşdirib ki, AZAL-ın təyyarəsi ilə bağlı faciə baş verən gün Moskva Rusiya sərhədini keçən üç Ukrayna pilotsuz təyyarəsini aşkarlayıb. Putin bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.

O əlavə edib ki, AZAL-ın uçuş heyətindən Mahaçqalaya eniş təklif olunub, lakin onlar öz hava limanına getmək qərarına gəlib.



Xəbər xətti