Ermənistanın müdafiə naziri Suren Papikyan Çexiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Petr Pirunçiki və yeni təyin olunmuş hərbi və hərbi hava attaşesi polkovnik-leytenant Jiri Mraçeki qəbul edib.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ermənistan-Çexiya müdafiə sahəsində əməkdaşlıq məsələləri, eləcə də bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.