İsraildə səfərdə olan ABŞ Prezidenti Donald Tramp ölkə parlamentində (Knesset – red.) çıxış edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ liderinin çıxışı zamanı insident baş verib.
Belə ki, Knessetin müxalif deputatları Ayman Ude və Ofer Kasif Trampın çıxışı zamanı Fələstin dövlətinin tanınmasına çağırış edən plakat qaldırıb və şüarlar səsləndiriblər.
Mühafizəçilər dərhal həmin deputatları zaldan çıxarıblar. Tramp isə hadisəyə görə nitqinə qısa müddət fasilə verməli olub.
Həmin anın görüntülərini təqdim edirik: