Yaşlı kişi xəstəxana binasından yıxılaraq öldü

16:01 20 Oktyabr 2025

Gəncədə yaşlı kişi xəstəxana binasından yıxılaraq ölüb.

Sitat.info xəbər verir ki, hadisə Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının travmatologiya şöbəsində qeydə alınıb.

İlkin məlumata görə, həmin şöbədə müalicə alan 1954-cü il təvəllüdlü Zahid Rzayev xəstəxanın ikinci mərtəbəsindən yıxılaraq hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.



Xəbər xətti