Ağdərədə beton qarışdıran maşın dərəyə aşdı, sürücü öldü

09:59 29 Oktyabr 2025

Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çıldıran kəndində baş verib.

Bərdə rayon sakini 1968-ci il təvəllüdlü Hafiz Qocamanov idarə etdiyi "HOWO" markalı beton qarışdıran avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil dərəyə yuvarlanıb,sürücü hadisə yerinə ölüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti