Xəzərdə köməksiz qalan balıqçılar xilas edildi - Video

10:29 1 Noyabr 2025

Xəzər rayonu Buzovna qəsəbəsində dənizdə köməksiz qalan üç balıqçı xilas edilib.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçılar, 1985-ci il təvəllüdlü Azər Elxan oğlu Məmmədov, 1990-cı il təvəllüdlü Namiq Şükür oğlu Həsənov və 1985-cı il təvəllüdlü Cəmaləddin Nuhin oğlu Cəfərov sahilə çıxarılaraq xilas ediliblər.



Xəbər xətti