Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib.
Sitat.info “bakupost”a istinadən xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə – Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb.
Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib.
Faktla bağlı araşdırma aparılır.