COP30-da yanğın: azərbaycanlılar xəsarət alıb?

10:33 21 Noyabr 2025

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 konfransında baş verən yanğın zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Sitat.info APA-ya istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti yanğın zamanı hər hansı xəsarət almayıb.

Xatırladaq ki, ötən gün Braziliyanın Belem şəhərində COP30 konfransının pavilyonlarından birində yanğın baş verib və təşkilatçılar nümayəndə heyətini, jurnalistləri və işçiləri təcili olaraq təxliyə etməyə məcbur olublar. Hadisə mərkəzin milli və tematik stendlərinin yerləşdiyi sərgi zonasında baş verib. Yanğına elektrik nasazlığını səbəb ola biləcəyi ehtimal edilir, lakin hələlik rəsmi açıqlama verilməyib. Yanğın tez bir zamanda söndürülsə də, konfrans müvəqqəti olaraq dayandırılıb.



Xəbər xətti