Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində cərəyan vurması nəticəsində vəfat edən şəxslərin kimliyi məlum olub.
Oxu.az xəbər verir ki, faciəli hadisə nəticəsində vəfat edən şəxslər - 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradlı və 19 yaşlı Eltac Əliyevdir.
Qeyd edək ki, hadisə Binəqədi şosesində yerləşən "Lake Hotel" restoranının yaxınlığında baş verib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, hadisə adıçəkilən şəxslərin qeyd olunan hotelin qarsısında iş görən zaman baş verib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.