Ağsuda ana və azyaşlı oğlu qazdan zəhərlənib

09:32 25 Noyabr 2025

Ağsu sakini qazdan zəhərlənib.

Sitat.info xəbər verir ki, hadisə Ağsu şəhərində qeydə alınıb.

 Belə ki, şəhər sakini 1987-ci il təvəllüdlü Teymurova Vəfa və oğlu 2018-ci il təvəllüdlü Teymurov Məhəmməd Həsən oğlu qazdan zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.



Xəbər xətti