Bakıda dəhşət! Ana 3 günlük körpəsini dənizə atdı

11:56 25 Noyabr 2025

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.

Sitat.info xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.

Meyitin tapılması istiqamətində tədbirlər görülür.

Araşdırma aparılır. (apa.az)



Xəbər xətti