Ermənistan və Azərbaycan Gürcüstandan daha yaxşı vəziyyətdədir- NATO baş katibi

13:43 25 Noyabr 2025

 NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ermənistan və Azərbaycan Gürcüstandan xeyli daha yaxşı vəziyyətdədir.

Sitat.info xəbər verir ki, o, “Azadlıq Radiosu”na verdiyi müsahibədə bu haqda danışıb. 

Rutte bildirib ki, Gürcüstanda baş verənlərə laqeyd yanaşa bilmir: "Biz çox narahatıq və bunu gürcülərə açıq şəkildə bildirmişik. Onlarla əməkdaşlıq edirik. Əməkdaşlıq özü belə, narahatlıqlarımızı izah edə biləcəyimiz bir kanal təmin edir. Bununla yanaşı, bütün Cənubi Qafqaz kontekstində baxmaq lazımdır. Ermənistan və Azərbaycan hazırda Gürcüstandan daha yaxşı vəziyyətədir, həm də Prezident Trampın fəaliyyəti sayəsində... Buna görə də Gürcüstanı da bütün Cənubi Qafqaz kontekstində qiymətləndirmək lazımdır". 

Nigar,

Sitat.info



Xəbər xətti