Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundu - Video

10:04 26 Noyabr 2025

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılmışdır.

Sitat.info xəbər verir ki, DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılmış və barələrində cinayət işi başlanmışdır.

İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunmuşdur.

Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülmüşdür.

Qeyd edək ki, bu məsələni ilk dəfə "Sitat.info" işıqlandırıb.

@sitat.info

Parkda SSRİ bayrağı qaldırdılar: ÇAĞIRIŞ EDİLDİ - ŞOK GÖRÜNTÜLƏR ♬ original sound - Sitat.info xəbər portalı

 



Xəbər xətti