Bakıda 12 yaşlı qız itkin düşdü

10:13 28 Noyabr 2025

Bakıda yeniyetmə qız itkin düşüb.

Sitat.info xəbər verir ki, noyabrın 26-da saat 21 radələrində Pirşağı qəsəbəsində nömrəsiz evdə yaşayan 2013-cü il təvəllüdlü M.Ağaəliyeva yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.

M.Ağaəliyevanın yaxınları onun fotosunu polisə təqdim edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsində araşdırma aparılır.



Xəbər xətti