Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Sitat.info xəbər verir ki, hadisə Montin qəsəbəsində baş verib.
Binanın altıncı mərtəbəsinin blokunda başlayan yanğın yuxarıya doğru irəliləyib. Hadisə yerinə FHN, polis və təcili yardım cəlb edilib. Bina sakinlərinin hamısı təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
DİN-dən verilən məlumata görə, Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
Hadisə binanın elektrik xəttindəki nasazlıq səbəbindən baş verib. Yanğının genişlənməsinin qarşısı alınıb.