Goranboyda 17 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb

21:55 28 Noyabr 2025

Goranboyda 17 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb

Sitat.info-nun məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.



Xəbər xətti