1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı

14:20 7 Dekabr 2025

Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G.Məmmədova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sitat.info xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 



Xəbər xətti