Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır - ADLAR

14:45 7 Dekabr 2025

Xəbər verdiyimiz kimi, Biləsuvarda "Lexus" markalı minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində 5 nəfər ölüb.

Sitat.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin kimliyi məlum olub.

Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.

Məlumata görə, Rusif və Vasif Həsənli qardaşdır.



Xəbər xətti