Eyni gündə iki oxşar ölüm! Evdə meyitləri tapıldı

14:47 8 Dekabr 2025

Abşeron rayonu Masazır qəsəbəsində meyit tapılıb.

Sitat.info xəbər verir ki, dekabrın 6-sı saat 13 radələrində Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Gülçin Aleksandr qızı Potapenkonun meyiti yaşadığı Masazır qəsəbəsindəki evdə aşkar edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Oxşar hadisə Salyan rayonunda da baş verib. Dekabrın 7-si saat 06 radələrində 2000-ci il təvəllüdlü Ramin Sadıqov yaşadığı Salyan şəhərində qəfil vəfat edib. Onun evdə beyninə qansızmasından öldüyü bildirilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.



Xəbər xətti