Rusiya İvanovo vilayətinin Furmanov rayonunda bu dəqiqələrdə “Ан 22” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Sitat.info xəbər verir ki, təyyarədə 7 ekipaj üzvünün olduğu bildirilib və hadisə yerinə Fövqəladə hallar xidməti cəlb olunub.
Hazırda təyyarənin qəzaya uğrama səbəbləri və ekipaj üzvlərinin vəziyyəti ilə bağlı rəsmi məlumat verilmir. İlkin məlumatlara görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub. Hadisə ilə bağlı araşdırma aparılır.