Cavanşir Feyziyevin dövlətdən 1 ildə "udduğu" 122 milyon - Bəxtiyar Hacıyev dərman maqnatından yazdı

18:38 6 Fevral 2022

"Cavanşir Feyziyevin "Avromed"i son 1 ildə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Dövlət Agentliyi və s. qurumlardan nə az, nə çox, 122 milyon 800 min manatlıq 17 tender "udub".

İl təzə başlayıb, bu ilin ilk ayında 8 milyon manatlıq 4 tender "udub".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi fəal Bəxtiyar Hacıyev sosial şəbəkə səhifəsində paylaşıb. 

O vurğulayıb ki, bunlar hələ açıq mənbələrdə göstəriləndir: "Hər dərman, avadanlığa reallıqda qoyduqları qədər yox, xeyli aşağı, lap tutaq ki, 20% qoysalar, 24 milyon manat edir.

2017, 2018, 2019, 2020, 2021-ci illərdə təkcə şəkər xəstələri üçün Səhiyyə Nazirliyinə hər birinin dəyəri 29-31 milyon manat olan tenderlər verilib. 5 ildə təkcə bir istiqamət üzrə bir quruma 150 milyon manatdan çox.

Bu qədər pul dövlət büdcəsindən təsisçisi meymun olan bir şirkətə də getsə, o şirkət "uğurlu biznes" olar".



Xəbər xətti