Tovuzda zəncirvari qəza: Xəsarət alan var

09:15 11 Dekabr 2025

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb.

Nəticədə "VAZ 2107" yol kənarında dayanan iki "Mersedec"ə, "VAZ 21011" və "Chevrolet"ə çırpılıb.

Qəza zamanı "VAZ 2107"nin sürücüsü xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti