İstanbulda ikimərtəbəli binada yanğın olub, 3 uşaq ölüb

10:16 11 Dekabr 2025

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda ikimərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.

Sitat.info  "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın zamanı evdə 4 uşaq olub.

Xəstəxanaya aparılan uşaqlardan üçünün həyatını xilas etmək mümkün olmayıb, birinin isə vəziyyəti ağırdır.

Məlumata görə, yanğın zamanı evdə uşaqlardan başqa heç kəs olmayıb.

Yanğının səbəbi barədə hələlik məlumat yoxdur.



Xəbər xətti