Gədəbəy rayonunun Novoivanovka kəndində ümumi sahəsi 170 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 4 ton ot bağlaması və tövlənin içərisində yığılan 2,5 ton taxıl yanıb.
Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.