Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Sitat.info xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində baş verib.
Belə ki, Qovlar şəhər sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.