Salyanda ağır qəza: Hərbçi faciəvi şəkildə öldü - Foto

09:55 18 Dekabr 2025

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Xıllı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zəqam Kamil oğlu İbrahimovun idarə etdiyi “Priora” markalı minik avtomobili avtobusa çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri sürücünün avtomobildə sıxılmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ölən sürücünün hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Teleqraf



Xəbər xətti