Ana və övladını avtobusu vurdu, biri öldü

16:12 18 Dekabr 2025

Qubada sərnişin avtobusu ana və övladını vurub.

Sitat.info xəbər verir ki, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.

Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 1998-ci il təvəllüdlü Əminə Sahib qızı İsrafilovanı və onun azyaşlı övladını vurub.

Xəsarət alan 27 yaşlı qadın və övladı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti