Abşeronda 22 yaşlı oğlanın ölümünün təfərrüatı məlum oldu - FOTO

23:23 19 Dekabr 2025

Abşeron rayonunda 22 yaşlı oğlanın ölümünün təfərrüatı məlum olub.

Sitat.info-nun məlumatına görə, hadisə rayonun Məmmədli kəndində baş verib.

Kəndin ərazisində yerləşən sexdə orada işləyən 2003-cü il təvəllüdlü Ramil Saatovun üzərinə dəmir konstruksiya aşması nəticəsində ölüb.

Sexdə işləyən 22 yaşlı Ramil Saatov mata istehsalı ilə məşğul olub. O mata istehsal edən aparatın altında olan daş çınqılı təmizləyirmiş.

Bu zaman həddindən çox yaş qumla yüklənən çəkisi təqribən 10 ton olan çən onun üzərinə düşüb. Qum çənin dayaq hissəsi yerə bərkidildiyi qaynaq hissədən qırılıb.

Onun iş yoldaşları bildirib ki, meyit əraziyə kran gətirilərək çənin altından çıxarılıb.

Qeyd edək ki, R.Saatov nişanlı idi. O, bir neçə ay sonra özünə toy edəcəkmiş. Buna görə, mata istehsalı ilə məşğul olan sexdə fəhlə işləyib./teleqraf.az



Xəbər xətti